Slimfit
  1. CƏMİYYƏT

Dövlət orqanlarındakı boş yerlərin tutulması üçün müsahibə elan edilib

Dövlət orqanlarındakı boş yerlərin tutulması üçün müsahibə elan edilib
Sakura

Dövlət orqanlarındakı boş yerlərin tutulması üçün müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) 7 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verib.

Ens.az xəbər verir ki, DİM-dən "Report"a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 8-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 12-si B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Vahid informasiya sistemi şöbəsində şöbə müdirinin müavini vəzifəsidir. Ümumilikdə 20 vəzifə, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyində 10, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 4, Sumqayıt İnzibati Məhkəməsində 2, Maliyyə Nazirliyində 1, Hesablama Palatasında 1, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1 və Gəncə Hərbi Məhkəməsində 1 vakant vəzifə ümumi müsahibə elanına çıxarılmışdır.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 5 avqust 2020-ci il tarixindən 3 sentyabr 2020-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün dövlət qulluğu vəzifələri üzrə müsahibələr onlayn qaydada təşkil edilir. Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulurlar.

Avqustun 5-də elan edilən ümumi müsahibələrdə qeydiyyatdan keçmiş namizədlər, qeydiyyatdan keçdikdən sonra 3 sentyabr 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcəkdir. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR