Slimfit
  1. CƏMİYYƏT

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Müsabiqə iştirakçıların həyatında dönüş nöqtəsi rolunu oynayacaq”

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Müsabiqə iştirakçıların həyatında dönüş nöqtəsi rolunu oynayacaq”
Sakura

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Müsabiqə iştirakçıların həyatında dönüş nöqtəsi rolunu oynayacaq”

“Yüksəliş” müsabiqəsi sistemli və məqsədli iş prinsipi ilə həm dövlət, həm özəl strukturlarının etimadını qazanıb. İşçi Qrupu tərəfindən ölkənin peşəkar idarəçiləri, tanınmış ictimaiyyət adamları ilə mütəmadi təşkil olunan vebinarlar da iştirakçılarla daim ünsiyyətdə olmaq, onlarla faydalı məlumatları, tövsiyələri bölüşməyə xidmət edir.

Hazırda əyani mərhələnin videomüsahibə turunun 940 iştirakçısı ilə birgə növbəti mərhələlərə hazırlıq prosesini uğurla davam etdirən müsabiqə idarəçi rəhbərlərin də diqqətindədir. Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) yer alır. Bu dəfə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov peşəkar idarəçiliklə bağlı sualları cavablandırıb, gələcək rəhbərlərə tövsiyələrini bildirib.

- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz (kitablar və ya vərdişlər)?

 

 - Yaxşı idarəçi olmaq üçün tövsiyələr çoxdur. Vacib məqamlardan biri odur ki, idarəçi idarəçilik prosesinin əhəmiyyətini, bu prosesin daim yenilənmə tələb edən bir sahə olmasını diqqətdə saxlasın. İdarəçi davamlı öyrənən bir şəxsdir. Lakin o, yalnız məşğul olduğu sahənin incəliklərini deyil, paralel olaraq idarəçilik prosesini də öyrənməli, təkmilləşdirməli və tətbiq etdiyi idarəçilik metodunun, layihənin, idarə etdiyi təşkilata təsirini qiymətləndirməyi bacarmalıdır.

- Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

 - Uğurlu idarəçiləri birləşdirən bir çox xüsusiyyətlər var. Bunlardan komanda qurmaq bacarığı, qarşılıqlı inam, strateji alətləri tətbiqetmə bacarığı, strateji düşüncə, vaxt menecmenti, məsuliyyətli olmaq və məsuliyyəti üzərinə götürmə və digər bacarıqları qeyd edərdim.

“Yüksəliş” müsabiqəsinin məqsəd və hədəflərini nəzərə alaraq dövlət sektorunda tələb olunan bir sıra xüsusiyyətləri qeyd etmək istərdim. Dövlət sektorunda olan idarəçi ilk növbədə dövlət maraqlarını, dövlət başçımızın ölkəmizin gələcəyi ilə bağlı vizionunu, dövlət sektorunda olan idarəçilərə tələblərini tam mənimsəməli, fəaliyyətində bu tələbləri rəhbər tutmalıdır. Bu şəxslərin fəaliyyətində şəffaflıq, hesabatlılıq, dürüstlük prinsipləri daim əsas yer tutmalı, onlar öz fəaliyyətində yüksək etik davranış standartlarını gözləməlidirlər. Onlar fəaliyyətinin ictimai dəyər yaratmasını, vətəndaşların rifahına müsbət təsir etməsini, eyni zamanda, dövlətimizin güclənməsinə töhfə verməsini daim nəzarətdə saxlamalıdırlar.

- “Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

 - Bu müsabiqə seçilmiş şəxslərin xüsusi hazırlanmış proqramda iştirakını nəzərdə tutur. Hesab edirəm ki, belə bir mühitdə yeni biliklər əldə etmiş idarəçi şəxslər məşğul olduğu sahədən asılı olmayaraq, müsbət fərq, müsbət dəyər yaradacaqlar. Müsabiqənin iştirakçılarından gözləntilərim çox böyükdür. Məmnunam ki, bu müsabiqənin mentorlarından biriyəm. Gələcəkdə seçilən şəxslərlə əməkdaşlığımızı səbirsizliklə gözləyirəm. Bir daha müsabiqə iştirakçılarına uğurlar arzulayıram! 

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR