Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Facebook səhifəmi yalnız özüm idarə edirəm”

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Facebook səhifəmi yalnız özüm idarə edirəm”
Sakura

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Facebook səhifəmi yalnız özüm idarə edirəm”

 "Facebook səhifəmi yalnız özüm idarə edirəm".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "ASAN Radio"nun efirində deyib.

O bildirib ki, facebook səhifəsinə gələn sual və müraciətlərin sayı çox olur: "Cavablarım adətən qısa olur. Müraciətlər Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı olduqda araşdırılması üçün müvafiq şöbəyə yönləndirirəm. Çalışıram ki, heç bir müraciət cavabsız qalmasın. Bəzən müəyyən mesaj və şərhlərə cavab gecikə bilər, amma çalışıram müraciətlərin hamısını cavablandıram. Cavablandırmadığım müraciətlər üçün də üzr istəyirəm, qətiyyən bunu diqqətsizlik hesab etməsinlər, belə hallar iş yükü ilə bağlı olur". 

V.Hüseynov xatırladıb ki, o millət vəkili olduğu dövrdə də bütün məlumat və yenilikləri öz sosial media səhifəsində paylaşıb: "İndi də imkan olduqca hesabımda Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı məlumatlanmanı artırmaq üçün paylaşımlar edirəm. Orda müəyyən bir izləyici kütləsi formalaşıb. Hesab edirəm ki, sosial media vasitəsi ilə məlumatlandırma çox effektiv bir metoddur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR