Slimfit
  1. CƏMİYYƏT

Dövlət Miqrasiya Xidməti bu şəxslərə müraciət etdi

Dövlət Miqrasiya Xidməti bu şəxslərə müraciət etdi
Sakura

Dövlət Miqrasiya Xidməti bu şəxslərə müraciət etdi

Nazirlər Kabineti tərəfindən tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı ölkəni tərk edə bilməyən və ya tərk etmək istəməyən əcnəbilərin Azərbaycanda müvəqqəti qalma müddətinin uzadılması barədə müraciətləri hazırda Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qəbul edilmiş hesab olunur və müvafiq dövlət rüsumu ödənilməklə təmin olunur.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin 31 may 2020-ci il tarixinədək uzadılmasını, miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla biləcəyini və əcnəbilərin ölkəni tərk etmə imkanlarının məhdud olduğunu nəzərə alaraq, onların ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

 

Bildirilir ki, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Əlavə məlumat üçün DMX-nin (012) 919 Çağrı Mərkəzinə zəng etmək mümkündür. 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR