Slimfit
  1. İQTİSADİYYAT

Dövlət Məşğulluq Xidməti 30 milyon manatlıq müqavilələr bağlayıb

Dövlət Məşğulluq Xidməti 30 milyon manatlıq müqavilələr bağlayıb
Sakura

Dövlət Məşğulluq Xidməti 30 milyon manatlıq müqavilələr bağlayıb

"Kommersant.az" xəbər verir ki, Xidmət İyulun 31-də "Parlar Ting A.T." MMC ilə 1 milyon 180 min 497 manatlıq müqavilə imzalayıb. Bu müqavilə İşsiz kimi qeydiyyata alınmış şəhid ailəsi üzvlərinin, əlilliyi olan şəxslərin və aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin məşğulluğunu təmin etməklə onların sosial müdafiəsinə nail olunması məqsədilə “Sosial bağlar” laihəsinin həyata keçirilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında 2018-ci il 16 iyul tarixdə bağlanmış Memorandum çərçivəsində təsərrüfatların yaradılması, nəzərdə tutulmuş müddətdə iştirakçılara təhvil verilməsi və digər xidmətlərin satın alınmasını nəzərdə tutur.

Dövlət Məşğulluq Xidməti Avqustun 3-də isə "Aqri Kon" MMC və "Bis Co" MMC konsorsiumunun aparıcı təşkilatı olan "Aqri Kon" MMC ilə 19 milyon 225 min 246 manatlıq müqavilə imzalayıb. Bu müqavilə Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınmasını nəzərdə tutur.

Xidmət Avqustun 10-da isə "Aznest" MMC və "SRS Consulting" MMC konsorsiumu ilə 9 milyon 894 min 358 manatlıq müqavilə bağlayıb. Müqavilə, Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan iş və xidmətlər, eləcə də istehsalat mallarının alınmasını nəzərdə tutur.

3 müqavilənin cəmi dəyəri 30 milyon 300 min manatdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR