Dərc edildi: Baxış sayı: 369
Dövlət Komitəsindən yaranan problemlə bağlı AÇIQLAMA
“Smart Customs” tətbiqinin fəaliyyətində problemlər yaranıb.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Bildirilir ki, son bir neçə gündə tətbiqə giriş çətinləşib və onlayn sifarişlərin bəyan etmək mümkün olmayıb.
Dövlət Gömrük Komitəsindən “Ölkə.Az”ın sorğusuna cavab olaraq problemin mövcudluğu təsdiqləndi və bildirildi ki, yaranan çətinlik “Asan Login” sistemi ilə bağlı olub:
“Son iki gündə “Asan Login” ilə bağlı olaraq tətbiqə girişdə problem olub. Lakin problem artıq aradan qaldırılıb. Tətbiqə daxil olmaq üçün sistemdən çıxış edib yenidən daxil olmaq və ya tətbiqi silərək yenidən yükləmək lazımdır”, - deyə açıqlamada qeyd olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət