Slimfit
  1. CƏMİYYƏT

Dövlət Komitəsindən KİV-ə uşaqlarla bağlı - Müraciət

Dövlət Komitəsindən KİV-ə uşaqlarla bağlı - Müraciət
Sakura

Dövlət Komitəsindən KİV-ə uşaqlarla bağlı - Müraciət

Son illər ölkədə demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində məqsədyönlü addımlar atılıb, institusional və qanunvericilik islahatları həyata keçirilib. Azərbaycan Respublikasının Konstitusiyası, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” və digər qanunlar KİV-lərin maneəsiz informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Qanuna görə, KİV-lərin və jurnalistlərin qanuni fəaliyyətinə hər hansı müdaxilə inzibati və cinayət məsuliyyəti doğuran hal hesab edilir.

Lakin yaradılmış şəraitdən sui-istifadə hallarına da yol verilir. Belə ki, qadın və uşaqlarla bağlı baş verən hadisələrdə araşdırması davam edən, əsassız məqamları qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq, dövlətə və dövlətçiliyə qarşı əhali arasında aqressiv münasibət formalaşdırmaq, insanlardan öz məqsədləri üçün istifadə etmək, ictimai-siyasi vəziyyəti gərginləşdirmək, vətəndaşlarda dövlət orqanlarına qarşı inamsızlığın yaradılmasına xidmət edən proqramlar və verilişlər yayımlanır. 2019-cu ilin noyabr ayından 2020-ci ilin yanvar ayınadək Nərmin Quliyeva ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müxtəlif məlumatların yayılması buna misal ola bilər. Bu hadisə nəticəsində bir daha əmin olduq ki, lazımsız məlumatların efirdən səslənməsi xoşagəlməz halların baş verməsinə səbəb olur.

Axar.az xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin KİV-ə müraciətində yer alıb.

Müraciətdə deyilir: “Eyni zamanda, bəzi verilişlərdə milli qanunvericilik və Azərbaycan Respublikası qoşulduğu beynəlxalq konvensiyaların müddəaları pozulur (xüsusilə də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası). Ailə, qadın və uşaq hüquqlarının müdafiəsini özünə əsas mövzu kimi seçən verilişlərdə aparıcılar psixoloq və ya sosial işçi kimi müraciət qaydasını, qaldırılan mövzuların vətəndaşa mənfi təsiri nəzərə alaraq məsələyə həssaslıqla yanaşmalıdır.

Çox təəssüf ki, praktikada veriliş aparıcıları qaldırılan mövzuları düzgün açıqlamırlar, dəvət edilən vətəndaşların, xüsusilə də uşaqların maraqlarını və hüquqlarını pozurlar.

Bildiririk ki, “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Azərbaycan Respublikasının Qanunu 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minib. “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Azərbaycan Respublikasının Qanununda uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən, informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması prinsiplərini özündə ehtiva edir.

Digər bir önəmli məsələ isə sosial işdə etik davranış qaydalarıdır. Zorakılıq qurbanı olmuş, əqli və fiziki geriliyi olan və başqa qadınların məsələlərinin işıqlandırılması zamanı hüquq pozuntusuna yol verilir. Beynəlxalq səviyyədə sosial işin etik davranış qaydaları, digər insan hüquqları haqqında olan konvensiya və qaydalara görə çətin vəziyyətdə olan şəxslə qınayıcı formada davranış, onun təhqir edilməsi, baş vermiş hadisələr fonunda onun efir vasitəsilə ifşa edilməsi yolverilməzdir. Bundan əlavə, yeri gəldi-gəlmədi ayrı-ayrı şəxslərin, dövlət qurumlarının adlarının çəkilməsi xoşagəlməz hallarla nəticələnir.

Nəzərə alınmalıdır ki, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci, 388-1, 388-2-ci maddələrinə əsasən məsuliyyət yaradır. Həmçinin Cinayət Məcəlləsinə əsasən şəxsi həyatın toxunulmazlığı hüququnu pozma (Cinayət Məcəlləsinin 156-cı maddəsi) kimi əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Yuxarıda göstərilənləri əsas götürərək gələcəkdə bu kimi neqativ halların baş verməməsi üçün kütləvi informasiya vasitələrinin məsul şəxsləri və jurnalistlər kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməmələrini, ictimai maraqları nəzərə almalarını, uşaq və qadınların hüquqlarının müdafiəsinə dair məsələlərə daha diqqətlə və həssas yanaşmalarını xahiş edirik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR