Slimfit
  1. SİYASƏT

Dövlət Komitəsi Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib

Dövlət Komitəsi Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib
Sakura

Dövlət Komitəsi Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın Dövlət Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

“Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına hər vəchlə maneə törədən Ermənistanda son günlər azərbaycanafobiyanın daha da şiddətlənməsini, bütün dünyada sülhpərvər tədbir kimi qəbul edilən idman yarışlarından birinin – ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən açılış mərasiminin canlı yayımında, beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın bayrağının erməni tamaşaçılardan biri tərəfindən nümayişkaranə şəkildə yandırılmasını Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didərgin düşmüş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlər adından kəskin şəkildə qınayırıq.

Ermənistanın 30 illik işğalına öz gücü ilə son qoyduqdan sonra Azərbaycan bölgədə sülh quruculuğunun təşəbbüsçüsü kimi ikitərəfli əlaqələrin normallaşdırılması üçün siyasi iradə və qətiyyət göstərməkdədir. Lakin Ermənistan hökuməti nəinki bu prosesi müxtəlif bəhanələrlə ləngitməyə çalışır, üstəlik, cəmiyyətdə ölkəmizə və xalqımıza qarşı nifrət hissini daha da artırılmasına istiqamətlənmiş hərəkətlərə ideoloji dəstək verir, belə hərəkətlərin qarşısını almaq istəmir.

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, bu ərazilərin əzəli sakinlərinin geri dönüşü, Qarabağın erməni icmasının reinteqrasiyası üçün Azərbaycan hökumətinin zəruri tədbirlər gördüyü bir vaxtda Ermənistanda etnik nifrət və ayrı-seçkilik siyasətinin davam etdirilməsi bölgədə beynəlxalq ictimaiyyətin də böyük maraqla gözlədiyi sülh quruculuğu prosesini şübhə altına alır.

Azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkünlüyü barədə Azərbaycan hökumətinin və ictimaiyyətinin xoş niyyət nümayiş etdirməsinə baxmayaraq, Ermənistandakı revaşinst qüvvələrin təxribatlardan və düşmənçilikdən əl çəkməməsi bu niyyətin gerçəkləşməsinə, nəyin bahasına olursa-olsun, onların imkan vermək istəmədiyini göstərir.

Ermənistanın terroru və terrorçuları dəstəklədiyi tarixi həqiqətdir, onun öz ərazisində hər hansı beynəlxalq səviyyədə tədbiri, o cümlədən idman yarışlarını təhlükəsiz təşkil edə biləcəyi şübhə doğurur. Azərbaycan bayrağının yandırılması və həmin mənfur hərəkətin onu törədən şəxsin qəhrəmanlığı kimi alqışlanması da bunu aydın şəkildə göstərir.

Azərbaycanlı qaçqınlar və məcburi köçkünlər beynəlxalq ictimaiyyəti Ermənistanda millətlərarası nifrət və ayrı-seçkilik doğuran əməllərə son qoyulmasını, Azərbaycan bayrağını yandıran şəxsin mövcud hüquq normaları əsasında cəzalandırılmasını tələb etməyə çağırır.

Bununla yanaşı, beynəlxalq idman təşkilatları Ermənistanda hər hansı mötəbər yarışın təşkilindən imtina etməli, həmçinin İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı dayandırmalı və onun nəticələri ləğv olunmalıdır.

Şərqi Zəngəzurda və Qarabağda işğaldan azad edilmiş ərazilərə - doğma yurd yerlərinə qayıtmağa hazırlaşan azərbaycanlılar bölgədə sülhün və təhlükəsizliyin tam təmin ediləcəyinə, Ermənistanın bu prosesi pozmaq cəhdlərinin qarşısının beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə alınacağına ümidvardırlar”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR