Slimfit
  1. SİYASƏT

Dövlət Komissiyası: "Vitali Balasanyan Natiq Qasımovu dəfələrlə ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib"

Dövlət Komissiyası: "Vitali Balasanyan Natiq Qasımovu dəfələrlə ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib"
Sakura

Dövlət Komissiyası: "Vitali Balasanyan Natiq Qasımovu dəfələrlə ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib"

Vitali Balasanyan Natiq Qasımovu dəfələrlə ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunub.

"Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak etmiş, çoxsaylı müharibə cinayətləri törətmişdir. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olub", - məlumatda vurğulanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR