Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Dövlət imtahanı yalnız bu ixtisaslarda oxuyanlar üçün ləğv edilib - Nazirlikdən AÇIQLAMA

Dövlət imtahanı yalnız bu ixtisaslarda oxuyanlar üçün ləğv edilib - Nazirlikdən AÇIQLAMA
Sakura

Dövlət imtahanı yalnız bu ixtisaslarda oxuyanlar üçün ləğv edilib - Nazirlikdən AÇIQLAMA

Hazırda ali məktəbi bitirən tələbələr dövlət imtahanı və ya diplom müdafiəsi edirlər. Yəni ixtisas üzrə buraxılış yekun dövlət imtahanından və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

Qeyd edək ki, bir müddət öncə elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, 2023-2024-cü ilində ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanından azad olunacaqlar. Belə ki, hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər.

Bəs, dövlət attestasiyası hamı üçün ləğv olunub, yoxsa konkret ixtisaslarda oxuyanlar üçün nəzərdə tutulub? Həmçinin dövlət imtahanı ləğv olunursa, ixtisas üzrə buraxılış necə baş tutacaq?

Redaktor.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərdi.

Nazirlikdən bildirildi ki, 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunanların 50%-dən çoxunda (humanitar ixtisas qrupu-15 ixtisas, iqtisadiyyat və idarəetmə - 10 ixtisas, təhsil ixtisasları qrupu - 21 ixtisas, IT ixtisasları üzrə - 3 ixtisas, təbiət ixtisasları qrupu - 11 ixtisas üzrə) dövlət attestasiyası nəzərdə tutulmayıb, yəni həmin ixtisaslar üzrə qəbul olunanlar tələb olunan kreditləri toplayaraq universitetləri bitirmiş olacaqlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli qərarına əsasən, bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə dövlət attestasiyası məcburidir və ixtisas üzrə buraxılış yekun dövlət imtahanından (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

Beləliklə, Elm və Təhsil Nazirliyinin cavabından və Nazirlər Kabinetinin qərarından məlum olur ki, dövlət imtahanı tam ləğv olunmayıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR