Slimfit
  1. TEXNOLOGİYA

Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet necə açılır? – TEDassistant

Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet necə açılır? – TEDassistant
Sakura

Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet necə açılır? – TEDassistant

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq.

TEDassistant-ınız bu dəfə sizə "Şəxsi kabinet"in yaradılması və istifadə qaydasını addım-addım göstərəcək.

Şəxsi kabinet yaratmaq üçün istifadəçi:

1.ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir, nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib "Şəxsi kabinet yarat" düyməsini sıxır (gələcəkdə kabinetə daxil olmaq üçün istifadəçi adı kimi FİN istifadə edilir). Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, istifadəçinin ekranında onun soyadı, adı, atasının adı və digər məlumatları əks olunur;

 

 

                                           

2.İstifadəçi üçün müvafiq sahələrə mobil telefon nömrəsini və elektron poçt ünvanını daxil etmək təklif olunur. Bu məlumatların bildirilməsi məcburi deyil, lakin zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) istifadə oluna bilər;

3.Gələcəkdə şəxsi kabinetə daxil olmaq üçün istifadəçi müəyyən tələblərə riayət edərək parol (parolu unutmayın və məxfi saxlayın) təyin etməli və onu müvafiq sahələrə daxil edib "Yadda saxla" düyməsini basmalıdır. Nəticədə, sistem tərəfindən kabinetə unikal nömrə təyin edilir.

Kabinetin nömrəsi xidmətlərdən istifadə edilən zaman tələb oluna bilər;

İstifadəçi şəxsi kabinetini menyudan aşağıdakı elementləri seçməklə idarə edə bilər:

Şəxsi məlumatlar. Menyudan bu elementi seçdikdə istifadəçinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunmuş məlumatlar ekrana ötürülür. Kabinet yaradılandan sonra istifadəçi şəxsiyyəti təsdiq edən yeni sənəd alıbsa, o, "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidir;

Əlaqə məlumatları. Bu səhifədə istifadəçi ev telefonunu, mobil telefon nömrələrini və elektron poçt ünvanını daxil edir. Bu məlumatların bildirilməsi məcburi deyil, lakin zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) onlardan istifadə oluna bilər;

Parolu dəyiş. İstifadəçi bu elementi seçib parolunu yenisi ilə əvəz edə bilər;

Hesab. Bu səhifəyə daxil olaraq istifadəçi aşağıdakı əməliyyatları həyata keçirə bilər:

 

- Məbləğin hesaba əlavə edilməsi. "Şəxsi kabinet"in sahibinin şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilməklə elektron üsulla əldə edilmiş, lakin onun hesabına əlavə edilməmiş məbləğin hesaba köçürülməsi iki müxtəlif üsulla həyata keçirilə bilər:

Birinci üsul. "Şəxsi kabinet"in hesabına əlavə edilməmiş məbləğlər, müvafiq ödəniş kodları və digər məlumatlar ekranda siyahı şəklində öz əksini tapır. Cədvəlin hər bir sətrində "Məbləği hesabıma əlavə et" düyməsi göstərilir. Bu düymədən istifadə etməklə müvafiq məbləği hesaba əlavə etmək olur.

İkinci üsul. Elektron üsulla əldə edilmiş istənilən ödəniş kodu müvafiq sahəyə daxil edilir və "Məbləği hesabıma əlavə et" düyməsindən istifadə edilir;

- Hesaba əlavə edilmiş məbləğlər. Menyunun bu elementi seçildikdə hesaba əlavəetmə əməliyyatlarına dair məlumatlar (ödənişin kodu, məbləğ, tarix və saat) səhifədəki siyahıda öz əksini tapır;

- Hesabdan istifadələr. Hesabdakı vəsait DİM tərəfindən göstərilən müxtəlif xidmətlərin haqqının ödənilməsi üçün istifadə edilir. Bu funksiya seçildikdə, hesaba əlavə edilmiş vəsaitin nə zaman və hansı təyinatla istifadə edildiyini əks etdirən məlumatlar siyahı şəklində təqdim olunur;

- Digər şəxsin hesabına vəsait köçürmə. İstifadəçi öz hesabından başqa şəxsi kabinet istifadəçisinin hesabına vəsait köçürmək üçün həmin şəxsi kabinetin nömrəsini, köçürmək istədiyi məbləği və öz parolunu müvafiq sahələrə daxil edib "Davam et" düyməsini basmalıdır;

- Sınaq imtahanı üçün ödəmə kartlarının alınması. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş ödəmə kartını (seriya nömrəsi və parol) əldə etmək üçün istifadəçi sınaq imtahanının növünü ("Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı", "Magistratura səviyyəsi üzrə sınaq imtahanı" və s.) seçir, öz parolunu müvafiq sahəyə daxil edir və "Kartı al" düyməsini basır. Nəticədə, hesabdan müvafiq məbləğdə vəsait silinir və istifadəçiyə ödəmə kartının məlumatları (seriya nömrəsi və parol) təqdim olunur.

Qeyd edək ki, bu ildən etibarən şəxsi kabinetə elektron imza ilə giriş etmək mümkündür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR