Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Dövlət İmtahan Mərkəzindən sualın səhv olması ilə bağlı iddialara rəsmi reaksiya

Dövlət İmtahan Mərkəzindən sualın səhv olması ilə bağlı iddialara rəsmi reaksiya
Sakura

Dövlət İmtahan Mərkəzindən sualın səhv olması ilə bağlı iddialara rəsmi reaksiya

"30 aprel 2023-cü il tarixində ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında Azərbaycan dili fənni üzrə istifadə olunmuş test tapşırıqları ümumtəhsil məktəblərində tədris olunan fənlər üzrə dərsliklər və Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi “Abituriyent” jurnalında dərc olunmuş proqram əsasında hazırlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib.

 "Qeyd olunan test tapşırığı Leksika bölməsinə aiddir və burada iki çoxmənalı sözün işləndiyi nümunəni müəyyən etmək tələb olunur. Test tapşırığının yalnız bir bəndində verilən cümlədə iki söz məcazi mənada işlənərək çoxmənalılıq yaratmışdır. Bu da tapşırığın doğru cavabıdır. Tapşırıqda hər hansı elmi-metodiki yanlışlıq yoxdur", - deyə cavabda qeyd olunub.

Xatırladaq ki, 9-cu sinif şagirdi Məhəmməd Quliyev aprelin 30-da 9-cu siniflər üçün baş tutan buraxılış imtahanında 38-ci sualın tamamilə səhv qoyulduğunu iddia edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR