Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu
Sakura

Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində passiv rüşvətxorluqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi və gömrük xidməti polkovnik-leytenantı Natiq İmanova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N. İmanov 5 il müddətinə azadlıqdan məhrum edilib.

DGK-nın yaydığı ilkin məlumata görə, polkovnik N.İmanov pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alıb.

Növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Natiq İmanov vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.İmanovun himayəsində 2 azyaşlı övladı var. O, ittihama münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib və əlavə edib ki, zərərçəkmiş şəxs pulu ona sadəcə saxlamaq üçün verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR