Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiləri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiləri ilə görüş keçirilib
Sakura

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiləri ilə görüş keçirilib

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) gömrük təmsilçiləri ilə görüş keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, görüşdə DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, Komitə sədrinin müavini Cavad Qasımov, Baş İdarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, gömrük təmsilçiləri iştirak edib.

Görüşdə çıxış edən İ. Hüseynov bildirib ki, ticarətin asanlaşdırılması, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində Prezident İlham Əliyev tərəfindən ciddi islahatlar həyata keçirilir və bu islahatların əsas istiqamətlərindən biri də münbit və şəffaf biznes mühitinin yaradılmasıdır. Ölkəmizin gömrük orqanları bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə ciddi addımlar atır və artıq gömrük-biznes münasibətlərində məmur-vətəndaş təması minimuma endirilərək şəffaflıq təmin edilib.

Gömrük işinin səmərəli və şəffaf şəkildə həyata keçirilməsində gömrük təmsilçilərinin mühüm rol oynadığını söyləyən Komitə sədrinin birinci müavini uzun illərdir təşkil edilməsinə baxmayaraq gömrük təmsilçiliyi institutlarının peşəkarlığının, bilik və bacarıqlarının artırılmasına ciddi ehtiyac olduğunu vurğulayıb və qarşılıqlı işgüzar əməkdaşlıq müstəvisində bu məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib.

C. Qasımov son illərdə gömrük orqanlarında aparılan islahatlar nəticəsində biznes nümayəndələri üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Həyata keçirilən islahatlardan gömrük təmsilçilərinin də faydalanmasının vacibliyinə toxunan Komitə sədrinin müavini bu sahədə fəaliyyət göstərən qurumların və şəxslərin gömrük qanunvericiliyini mükəmməl şəkildə mənimsəməsinin biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə münbit şərait yaradacağını bildirib.

DGK-nın gömrük təmsilçilərinə daim dəstək göstərdiyini qeyd edən C. Qasımov gömrük orqanları tərəfindən təmsilçilər üçün xüsusi kursların, seminar və təlimlərin təşkil ediləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, məqsəd gömrüklə biznes arasında körpü rolu oynayan təmsilçilik institutlarının peşəkarlığının və xidmət səviyyəsinin artırılmasıdır.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, gömrük təmsilçilərinin sualları cavablandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR