Slimfit
  1. İQTİSADİYYAT

Dövlət Fitosanitar Xidməti fermerlərə xəbərdarlıq edib

Dövlət Fitosanitar Xidməti fermerlərə xəbərdarlıq edib
Sakura

Dövlət Fitosanitar Xidməti fermerlərə xəbərdarlıq edib

 Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti fermerlərə xəbərdarlıq edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, cari ilin payız mövsümündə payızlıq taxıl və çoxillik əkin sahələrində, eləcə də təbii bitki örtüyü və meyvə bağlarında siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunmaqdadır.

Dövlət Fitosanitar Xidməti vəziyyətin ciddiliyini nəzərə alaraq fermerlərə, təsərrüfat subyektlərinə və vətəndaşlara xəbərdarlıq edərək preventiv mübarizə tədbirlərindən istifadə olunmasını tövsiyə edir.

Preventiv mübarizə həm payızlıq taxıl əkini sahələrinin vaxtında şumlanaraq normal bitki sıxlığının alınmasına yönəlmiş aqrotexniki tədbirlər sistemi, həm də gəmiricilərə qarşı aparılan mexaniki mübarizə üsuludur. Sahələrin kənarındakı sirayətlənmiş mərzlər çizellənməklə siçanabənzər gəmiricilərin yuvaları dağıdılmalıdır. Bağ və yonca sahələrinə dondurma suyunun vaxtında verilməsi gəmiricilərlə qarşı səmərəli mübarizə üsuludur.

Əks təqdirdə, vaxtında və düzgün aparılmayan tədbirlər siçanabənzər gəmiricilərin əkin sahələrində artımını sürətləndirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR