Slimfit
  1. AZƏRBAYCAN

Dövlət əmlakı 12 min 750 manata satıldı

Dövlət əmlakı 12 min 750 manata satıldı
Sakura

Biri elektron olmaqla 9 əmlak üzrə 14 sifariş qəbul edilib

"Kommersant.az" xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac bu gün keçirilib.

İştirakçılar tərəfindən 9 əmlak üzrə 14 sifariş verilib. Vətəndaşlardan biri isə hərrac üzrə elektron xidmətdən-onlayn sifariş prosedurundan istifadə edib.

Müxtəlif sahələr üzrə xidmət fəaliyyətində əlverişli obyekt kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahələri Bakı və Gəncə şəhərlərindədir. Paytaxt üzrə özəlləşdirilən dövlət əmlaklarının 3-ü Nəsimi, 2-si Nizami, digəri isə Suraxanı rayonunda yerləşir. Gəncədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Nizami rayonu, Atatürk prospektindəki 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsini əhatə edir. Ümumi faydalı sahəsi 158,3 kv.m olan bu obyektin hərracında iştirakçı son qiymət olaraq 12 min 750 manat təklif edib. Paytaxt üzrə özəlləşən dövlət əmlaklarından biri də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 39 kv.m, hərracdakı satış qiyməti isə 6 min manat müəyyən olunub.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinə gəldikdə isə bu dövlət əmlaklarının buraxılış tarixləri 2006-cı ildir. Hər ikisi BMW markasına aid olan bu avtomobillərin hərracdakı satış qiymətləri 10 min 750 manat və 14 min manat oldu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR