Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Dumasının Komitə rəhbəri: "Rusiya-Azərbaycan parlamentlərarası əlaqələri yüksəlişdədir"

Dövlət Dumasının Komitə rəhbəri: "Rusiya-Azərbaycan parlamentlərarası əlaqələri yüksəlişdədir"
Sakura

Dövlət Dumasının Komitə rəhbəri: "Rusiya-Azərbaycan parlamentlərarası əlaqələri yüksəlişdədir"

Azərbaycan-Rusiya yüksək səviyyəli Parlamentlərarası Komissiyası energetika, nəqliyyat, logistika və s. sahələrdə əməkdaşlıq məsələləri ilə məşğul olacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr şöbəsinin rəhbəri Leonid Kalaşnikov Bakıda mətbuat konfransında məlumat verib.

"Parlamentlərarası əlaqələr yüksəlişdədir. Azərbaycan-Rusiya yüksək səviyyəli Parlamentlərarası Komissiyanı yaratmaqla əlaqələrimizi xeyli yüksəltdik", - deyə bildirən L.Kalaşnikov əlavə edib ki, Rusiya Dövlət Dumasında 6 belə komissiya var.

Onun sözlərinə görə, belə komissiyanın yaradılmasının məqsədi məzmunlu və aktual məsələlərin - energetika, nəqliyyat, logistika, daşınma, "Şimal-Cənub", "Şərq-Qərb" layihələri və digər aktual məsələlərin nəzərdən keçirilməsini təmin etməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR