Slimfit
  1. CƏMİYYƏT

Dövlət Dil Komissiyası bəzi mahnıların qadağan olunmasını təklif edir

Dövlət Dil Komissiyası bəzi mahnıların qadağan olunmasını təklif edir
Sakura

Dövlət Dil Komissiyası bəzi mahnıların qadağan olunmasını təklif edir

"Bu gün internet resurslarında təbliğ olunan bəzi bayağı mahnılar Azərbaycanın böyüməkdə olan nəslinə çox böyük ziyan vurur".

“Report” xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu mahnıların yayımlanmasının qarşısı alınmalıdır.

S.Əliyeva söyləyib ki, ən vacib məsələ isə televiziya və radiolarda bu kimi mahnıların səsləndirilməsi və onları ifa edənlərin efirə çıxarılması qadağan olunmalıdır: "Bu Azərbaycan mədəniyyətinə böyük töhfə olacaq. Bizim sənətkarlarımız Azərbaycan dilində gözəl ifa tərzi qoyub gediblər. O nümunələr bu gün də aktualdır, sevilə-sevilə oxunur və dinlənilir. Arzulayırıq ki, bu gün yaranmaqda olan mahnılar da həmin mahnıların davamı olsun. İfaçı düşünməlidir ki, o, həm Azərbaycan mədəniyyətinin, həm də Azərbaycan dilinin təbliğatçısıdır. Pozuntulara görə cərimə tətbiq etmək mümkündür. Biz bu cərimələri birbaşa nəzərdə tutmuruq".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR