Slimfit
  1. SİYASƏT

Dövlət Departamenti: “Qarabağdakı son hadisələr Azərbaycan-Ermənistan danışıqlarına təsir etməyib”

Dövlət Departamenti: “Qarabağdakı son hadisələr Azərbaycan-Ermənistan danışıqlarına təsir etməyib”
Sakura

Dövlət Departamenti: “Qarabağdakı son hadisələr Azərbaycan-Ermənistan danışıqlarına təsir etməyib”

“Qarabağdakı yeni toqquşmalar Vaşinqtonda Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın danışıqlarının dayandırılmasına səbəb olmayıb”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.

“Görüşlərin qrafikində heç bir dəyişiklik yoxdur. Bununla bağlı sabah mətbuata hər hansı açıqlamaya dair öncədən bir söz deyə bilmərəm. Amma hər şey planlaşdırıldığı kimi davam edəcək”, - deyə o bəyan edib.

ABŞ rəsmisi vurğulayıb ki, Azərbaycan və Ermənistan Xarici İşlər rəhbərləri arasında dünənki danışıqlar konstruktiv keçib.

“Birləşmiş Ştatlar tərəflərə buna nail olmaqda kömək etməyə sadiqdir və dövlət katibi Blinken sülh prosesində birbaşa iştirak edir. Birbaşa dialoq problemlərin həlli və davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçib. Biz bu gün və sabah sülh danışıqlarını davam etdiririk”, - Patel əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR