Dərc edildi: Baxış sayı: 387
Dövlət Departamenti: HƏMAS xəstəxanaları komanda məntəqəsi kimi istifadə edir
Fələstinin (Qəzza zolağı) HƏMAS hərəkatı xəstəxanaları komanda məntəqəsi kimi istifadə edir.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Mettyu Miller brifinqdə deyib.
“Demək istərdim ki, HƏMAS xəstəxanaları komanda məntəqələrin məskunlaşma yeri kimi istifadə etməyə davam edir”, – mətbuat katibi diqqətə çatdırıb.
Bundan əlavə, onun sözlərinə görə, HƏMAS İsrail hakimiyyətinin Əl-Şifa xəstəxanasında elektrik generatorlarının işləməsini təmin etmək üçün bazar günü təklif etdiyi yanacaqdan imtina edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət