Slimfit
  1. AZƏRBAYCAN

Dövlət büdcəsinin icrası gəlir - Parlamentin yaz sessiyası bitir

Dövlət büdcəsinin icrası gəlir - Parlamentin yaz sessiyası bitir
Sakura

Dövlət büdcəsinin icrası gəlir - Parlamentin yaz sessiyası bitir

 

Milli Məclisin (MM) yaz sessiyası başa çatır.

Oxu.Az məlumat verir ki, parlamentin 2019-cu il yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçiriləcək.

İclasda bir sıra qanun və məcəllələrə dəyişikliklərlə yanaşı, 2018-ci ilin dövlət büdcəsinin icrasına da baxılacaq.

Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin yaxın günlərdə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi nəzərdə tutulur.

İclasda komitə üzvləri ilə yanaşı, bir sıra dövlət qurumlarının-komitə və nazirliklərin məsul şəxslərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı planlaşdırılır.

S.Şərifov dövlət büdcəsinin icrası ilə bağlı məlumat verəcək və millət vəkillərinin sual-təkliflərini cavablandıracaq.

Sonra qanun layihəsi MM-in sonuncu plenar iclasına çıxarılaraq, qəbul ediləcək.

İyun ayında isə MM-in ən azı iki növbədənkənar iclası keçiriləcək.

İyun ayının sonlarında millət vəkilləri növbədənkənar iclasları başa çatdırıb, sentyabr ayının 15-nə kimi yay tətilinə yollanacaqlar.

Millət vəkilləri bir də sentyabr ayının 15-də növbəti payız sessiyasının komitə iclaslarına qatılaraq, fəaliyyətlərini davam etdirəcəklər.

Büdcə sessiyası kimi tanınan payız sessiyası isə oktyabr ayının 1-də öz işinə start verəcək və dekabr ayının 29-30-da öz işini başa çatdıracaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR