Slimfit
  1. SİYASƏT

Dövlət başçısından yerli icra orqanlarına sərt Mesaj

Dövlət başçısından  yerli icra orqanlarına sərt Mesaj
Sakura
:0

Dövlət başçısından yerli icra orqanlarına sərt Mesaj

Əvvəl demişdik ki, bu il üçün 50 min ödənişli ictimai iş yeri açılsın. Amma bugünkü vəziyyətlə əlaqədar bu rəqəm artırılmalıdır. Belə ki, bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır. Bu sahəyə də çox ciddi nəzarət olmalıdır. İndi mexanizm daha şəffafdır.

Axar.az verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, ilkin mərhələdə bir çox hallarda yerli icra orqanları bundan sui-istifadə edərək aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti də öz ciblərinə basırdılar:

"Bu, vicdansızlığın zirvəsidir. Məhz buna və digər cinayətlərə görə artıq 3 icra başçısı həbs olunub və onların çirkin əməlləri sənədləşdirilib, ictimaiyyətə təqdim edilib. Onlar özlərini və əcdadlarını biabır ediblər. Öz yaxınlarına böyük ziyan vurublar. Dövlətə ziyan vurublar. Biz bu vəsaiti ayırırdıq ki, iş tapa bilməyən, yaxud işləmək qabiliyyəti yüksək olmayan insanlar heç olmasa minimum əmək haqqı səviyyəsində maaş alıb evinə çörək pulu gətirsin. Minimum əmək haqqını 250 manata qaldırdıq, amma bunu da mənimsəyib kartları özündə saxlayıb pulları çəkib varlanırdılar. Bu həm cinayət, həm də mənəvi eybəcərlikdir. Buna başqa ad vermək olmaz".

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR