Slimfit
  1. SİYASƏT

Dövlət başçısı vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı tapşırıq verib

Dövlət başçısı vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı tapşırıq verib
Sakura

Dövlət başçısı vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı tapşırıq verib

"Mən bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir və siz öz işinizlə bu etimadı doğrultmalısınız. Mən göstəriş vermişəm ki, bütün icra hakimiyyəti başçılarının və mərkəzi icra orqanlarının rəhbərlərinin fəaliyyəti ilə əlaqədar müntəzəm olaraq təhlillər aparılsın, onların əldə etdikləri nəticələr təhlil edilsin. Çünki hər bir rayonun inkişafı böyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır. Mən demişəm ki, bizim bütün rayonlarımız artıq dotasiya sistemindən çıxmalıdır. Bu istiqamətdə böyük işlər görülüb".

Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

"Əvvəllər bütün rayonlarımız dotasiya ilə dolanırdı, dotasiyasız öz tələbatını ödəyə bilmirdi. İndi bir çox rayonlar artıq özləri-özlərini təmin edirlər, bu proses davam etdirilməlidir. Yerli vergilərin yığılması ilə əlaqədar şəffaflıq olmalıdır, dövlət vəsaitinin xərclənməsində tam şəffaflıq olmalıdır və rayonların sosial-iqtisadi inkişafı təmin edilməlidir. Onsuz da regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında, - indi dördüncü proqram icra edilir, - bütün bu məsələlər təsdiq edilib, bütün infrastruktur layihələri, bütün əsas tikintilər, bütün sosial infrastruktur layihələri dövlət tərəfindən həyata keçirilir. Ona görə yerli icra orqanları bu istiqamətdə öz səylərini göstərməlidirlər. Bir daha demək istəyirəm, artıq tapşırıq verilib ki, vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılacaq və məlumat nəzarətdə olacaq. Eyni zamanda, ictimai nəzarət olmalıdır. Mən vətəndaşlara üz tutub deyirəm, ictimai nəzarət olmayan yerdə adətən pozuntular da olur. Ona görə siz də ictimaiyyəti bu işlərə cəlb edin, xalqla bir yerdə olun, xalqın problemləri ilə yaşayın və elə işləyin ki, vətəndaşlar da sizdən razı olsunlar, hakimiyyət də. Əgər vətəndaşlar sizin fəaliyyətinizdən razı olsalar, mən də razı olacağam. Sizə uğurlar arzulayıram, əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız", - dövlət başçısı əlavə edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR