Dərc edildi: Baxış sayı: 222
Dövlət başçısı: "Qoşulmama Hərəkatına sədrliyimiz başa çatdıqdan sonra da işimizi davam etdirəcəyik"
"Biz Qoşulmama Hərəkatına sədrliyimiz başa çatdıqdan sonra da öz işimizi davam etdirəcəyik".
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.
“Bölünmüş dünyada bu kimi fəaliyyətlər çox zəruridir. Çünki biz Qərb ilə Şərq arasında “Soyuq müharibə”dən sonra çox ciddi toqquşmanı görürük. Qoşulmama Hərəkatı boşluqları doldurmaq, körpülər salmaq və münaqişələrin həllinə töhfə vermək üçün çox ciddi rol oynayır” - dövlət başçısı bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət