Slimfit
  1. AZƏRBAYCAN

Dövlət başçısı hökumətə tapşırıq verdi

Dövlət başçısı hökumətə tapşırıq verdi
Sakura

Prezident İlham Əliyev bir sıra fərmanlara imza atıb

Azərbaycan prezidenti İlham Əliyev “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1305-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, fərmanla Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

"Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun oktyabrın 30-da təsdiqlənib. Dəyişikliklər əsasən diplomatik pasportun verilmə qaydalarına aiddir. 



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR