Dərc edildi: Baxış sayı: 376
Dövlət başçısı: "Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır"
Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.
Belə ki, Azərbaycan son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.
Dövlət başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət