Slimfit
  1. SİYASƏT

Dövlət başçısı: "Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir"

Dövlət başçısı: "Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir"
Sakura

Dövlət başçısı: "Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir"

"Bu gün Balakən rayonunun həyatında çox əlamətdar bir gündür. Balakəndə “ASAN xidmət” mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl mərkəzdir, həm xarici görünüşü gözəldir, təbii ki, daxili tərtibatı göz oxşayır. Üç il bundan əvvəl mən Balakəndə olanda “ABAD mərkəz”in açılışında iştirak etmişəm. İndi isə mənim göstərişimlə Balakəndə tikilən “ASAN xidmət” mərkəzinin açılışını qeyd edirik. Bu, Balakənə göstərilən diqqətin növbəti əlamətidir".

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, rayonun inkişafı daim diqqət mərkəzindədir:

"Mən müntəzəm olaraq Balakən rayonuna gəlirəm, vəziyyətlə tanış oluram, müvafiq göstərişlər verirəm ki, rayonda işlər sürətlə getsin. Son illərdə Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Bir çox sosial obyektlər inşa edilib. Mən bütün əsas sosial obyektlərin açılışlarında şəxsən iştirak etmişəm. Mərkəzi rayon xəstəxanası, Olimpiya mərkəzi, Gənclər mərkəzi, Mədəniyyət mərkəzi, bir çox məktəblər tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün Uşaq İncəsənət Mərkəzinin açılışını qeyd etdik. Yəni, bütün bu obyektlərin tikintisi, əlbəttə ki, böyük vəsait tələb edir və biz bunu edirik.

Bu layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı xətti ilə icra olunur və hər il bu proqrama əlavələr edilir. Balakən “ASAN xidmət” mərkəzi də məhz proqrama əlavə üzrə inşa edilibdir. Əvvəlki mərhələdə burada “ASAN xidmət” mərkəzinin tikintisi nəzərdə tutulmurdu. Çünki şimal-qərb zonasında artıq bir neçə mərkəz var. Adətən birinci mərhələdə hər bir mərkəz dörd, beş, altı rayonun əhalisini əhatə edir. Bu mərkəzdə isə cəmi üç rayon əhatə olunur - Balakən, Zaqatala və Qax. Bir daha demək istəyirəm ki, bu mərkəz mənim xüsusi tapşırığım əsasında inşa edilib. Artıq balakənlilərin sərəncamına gözəl bir mərkəz verilibdir.

Mən bu mərkəzlə tanış olarkən əlavə tapşırıqlar verdim. Hesab edirəm ki, bu ərazidə mərkəzin fəaliyyətinə uyğun əlavə sahələr yaradılmalıdır, ilk növbədə, kinoteatr. Mən maraqlandım, icra başçısı dedi ki, Balakəndə kinoteatr yoxdur. Ona görə burada mütləq kinoteatr olmalıdır. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün sahə, təlim mərkəzi olmalıdır. Mən indi tapşırıq verirəm ki, bu mərkəzin yanında yeni bir mərkəz yaradılsın, bütün lazımi sahələr burada öz həllini tapsın. O ki qaldı, burada göstərilən xidmətlərə, onların sayı 320-dir. Bu gün mənə verilən məlumata görə, “ASAN xidmət” mərkəzlərində yeni xidmətlərin mövcudluğu haqqında təkliflər irəli sürülüb və gələcəkdə bu da həll olunacaqdır.

Balakən rayonunda infrastruktur layihələri ilə bağlı olan digər önəmli məsələlər də həll edilir. Qazlaşdırma demək olar ki, 100 faizə yaxındır. Yol-nəqliyyat infrastrukturu yenilənir, həm kənd yolları, eyni zamanda, Bakı-Balakən yolu faktiki olaraq yenidən qurulub. Mən bu gün Bakıdan avtomobillə gəlmişəm və yolboyu görülən işlər məni sevindirir. Bir neçə yol layihəsi qalıb ki, bizim ümumi inkişaf templərimizə uyğun gəlmir, ilk növbədə, İsmayıllı rayonu ərazisində. Orada yeni bir körpü tikiləcək və yol çəkiləcək, beləliklə, daha təhlükəsiz və rahat şərait yaradılacaq. Bu zonanın hələ icra edilməyən bir yol layihəsi qalıb. Düzdür, yol var, amma lazımi səviyyədə deyil. Bu da Şəki-Oğuz yoludur. Bu yolun yenidən qurulması ilə bağlı müvafiq göstərişlər veriləcək. Əvvəlki dövrlərdə verilmiş bütün tapşırıqlar yerinə yetirilib. Bakı, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, ta Gürcüstan sərhədinə qədər yolun tikintisi təmin edilibdir".

"Balakəndə mövcud problemlər arasında içməli su məsələsi çox ciddi problemdir. Bu məsələ ilə bağlı artıq təkliflər hazırlanıb, müvafiq göstərişlər verilib və biz tezliklə Balakən şəhərində içməli su-kanalizasiya layihəsinin icrasına başlamalıyıq. Bu günə qədər biz içməli su və suvarma problemlərinin həlli üçün daha çox artezian quyularından istifadə edirik. Balakən rayonunda 24 quyu qazılıb və 10 quyunun qazılması nəzərdə tutulur. Ancaq içməli su və kanalizasiya layihəsi mütləq icra edilməlidir və icra ediləcəkdir. Son vaxtlar elektrik enerjisinin təchizatı ilə bağlı önəmli addımlar atılıb. Bu gün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni mərkəzinin açılışı da nəzərdə tutulur. Vaxtilə Balakən rayonunda su elektrik stansiyaları tikilmişdir və elektriklə təchizat böyük dərəcədə yaxşılaşmışdır.

Bir sözlə, rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Dövlət proqramları xətti ilə investisiyalar qoyulur, özəl sektor da bu işlərə fəal qoşulur. Kənd təsərrüfatı sahəsində yaxşı nəticələr var. Bildiyiniz kimi, şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığın inkişafı ilə bağlı mənim təşəbbüsümlə konkret addımlar atılır. Mən fındıqçılıq üzrə xüsusi müşavirə keçirmişdim. Bir neçə il bundan əvvəl mövcud bağların sahəsi 32 min hektar idi. Biz bir neçə il ərzində bunu 80 min hektara çatdırmışıq. Balakən rayonunda 5 min hektarda fındıq bağları mövcud idi, indi onların sahəsi 10 min hektara çatıb. Siz yaxşı bilirsiniz ki, burada yaşayan bir çox insanlar üçün əsas qazanc mənbəyi fındıqçılıqdır. Biz bu bağları salmaqla, fermerlərə kömək göstərməklə Balakən və qonşu rayonların əhalisinin maddi rifahını təmin etmiş oluruq. Bu gün Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir. Bu, çox gəlirli, perspektivli bir sahədir. Bizim iqlimimiz buna uyğundur. İsmayıllı rayonundan ta Balakənə qədər, eyni zamanda, cənub zonasında, həmçinin Xaçmazda, Qusarda fındıqçılığın çox böyük perspektivləri var. Hər bir rayonun öz ixtisaslaşması olmalıdır. Burada da ənənəvi olaraq fındıqçılıq, tütünçülük inkişaf edib. Bu gün də bu sahələrə böyük diqqət göstərilir. Əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir", - Prezident bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR