Slimfit
  1. AZƏRBAYCAN

Dövlət bağçalarına güvənirsiniz? – SORĞU

Dövlət bağçalarına güvənirsiniz? – SORĞU
Sakura

Dövlət bağçalarına güvənirsiniz? – SORĞU

Çalışan və ya məşğul valideynlər əksər hallarda məcburən övladlarını kimlərəsə həvalə edirlər. Bəs uşaqların təlim-tərbiyəsinin və təhlükəsizliyinin əhəmiyyətini nəzərə alsaq, övlad sahibi olub-olmamağından asılı olmayaraq, Bakı sakinləri gələcəyimizi kimlərə etibar edir?

Oxu.Az “ACT Azərbaycan”a istinadən xəbər verir ki, rəyi öyrənilmiş 400 paytaxt sakininin yarıdan çoxu (60%) uşaqların yaxın qohumlara (nənə, xala, bibi) etibar olunmasını doğru sayır. Respondentlərin beşdə biri (21 %) körpələrini kiməsə etibar etmir. Uşaqları dayələrə həvalə edənlər sorğuda cəmi 1% rəy qazana biliblər.

11% respondent üçün uşaqların bağçalara verilməsi məsələdən çıxış yoludur. Bəs körpələri bağçaya verərkən hansı müəssisələrə üstünlük verilir?

Uşaqların bağçalara etibar olunmasını deyənlərin böyük qismi (65 %) yalnız dövlət bağçalarını uşaqlar üçün münasib hesab edir. Respondentlərin beşdə biri (20 %) həm dövlət, həm də özəl bağçaları seçir. Yalnız özəl bağçaları balacalar üçün uyğun hesab edənlər 4 %-dir.

A.M.

www.oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR