Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndələri fermerlərlə görüşüb

Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndələri fermerlərlə görüşüb
Sakura

Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndələri fermerlərlə görüşüb

Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) nümayəndə heyəti bölgələrdə yerli fermer və təsərrüfat sahibləri ilə silsilə görüşlər keçirir. Növbəti görüş Şabran, Xaçmaz və Qusar Dövlət Aqrar İnkişaf mərkəzlərində baş tutub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə məqsəd yerli fermer və sahibkarlarla tanışlıq, Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətləri barədə onları məlumatlandırmaq və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.

DATŞ-ın direktor müavini Sərxan Sərxanov qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların satışında rastlaşdıqları problemləri dinləmək, məhsul satışına dəstək göstərmək məqsədilə fermerlərlə görüşdüklərini bildirib.

Qeyd olunub ki, Dövlət Aqrar Ticarət Şirkəti 3 aya yaxındır fəaliyyətə başlayıb. Bu müddət ərzində şirkət həm formalaşma prosesi keçib, həm də kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsul satışına dəstək göstərməyə çalışıb. Paralel olaraq Dövlət Aqrar Ticarət Şirkəti fermer təsərrüfatlarının daha da inkişafı, fermerlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər planı üzərində işləyib.

Həyata keçiriləcək layihələr barədə görüş iştirakçılarına məlumat verən DATŞ-ın direktor müavini fəaliyyət zamanı fermerlərlə alıcılar arasında vasitəçilik missiyasını həyata keçirdiklərini bildirib.

Daha sonra görüşdə iştirak edən fermerlərin təklifləri müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşdən sonra DATŞ nümayəndə heyəti Şabran rayonu Mərcanlı kənd sakini Ağalar Yusifov, Xaçmaz rayonu Yergüc kənd sakini Aydın Əsbəndiyev və Çarxı kənd sakini İlyas Sərdarovun bağ sahəsi ilə tanış olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR