Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Aqrar Ticarət Şirkəti Bakıda ilk mağazasını açacaq

Dövlət Aqrar Ticarət Şirkəti Bakıda ilk mağazasını açacaq
Sakura

Dövlət Aqrar Ticarət Şirkəti Bakıda ilk mağazasını açacaq

Dövlət Aqrar Ticarət Şirkəti kiçik və orta fermerlər üçün yeni satış kanallarının üzərində çalışır. Şirkət yaxın zamanlarda Bakıda "Kənddən şəhərə" adlı ilk mağazasını açacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova deyib.

"Mağaza Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında yerləşəcək. Burada fermerlər öz məhsullarını sata biləcəklər. Artıq sosial şəbəkələr vasitəsilə mağazanın təqdimatı da edilib, eyni zamanda, onlayn saytı və mobil əlavəsi təqdim olunacaq. İlin sonunadək mağazaların sayının artırılması nəzərdə tutulur", - deyə L.Məmmədova qeyd edib.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru deyib ki, bununla yanaşı, müraciətlərə əsasən, Bakıda mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi üçün yeni məkan ayrılacaq. Qarşıdakı aylarda yarmarkanın təqdimatı nəzərdə tutulub. Yarmarka "Kənddən şəhərə" mağazasının yaxınlığında yerləşəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR