Dərc edildi: Baxış sayı: 392
Dövlət Agentliyinin mətbuat xidmətinə yeni rəhbər gətirildi
Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinə yeni rəhbər təyin edilib.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifə Hacıyev Kamal Məzahir oğluna həvalə edilib.
Kamal Hacıyev bu təyinata qədər TƏBİB-in tabeliyində olan akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının mətbuat xidmətinin rəhbəri olub.
Qeyd edək ki, K.Hacıyev daha əvvəllər bir sıra dövlət və özəl strukturlarda, həmçinin 14 il müddətində keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətində çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət