Slimfit
  1. CƏMİYYƏT

Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi

Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi
Sakura

Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğv olunması ilə bağlı mətbuatda yazılan məlumatlara münasibət bildirib.

Agentlikdən özəl olaraq Trend-ə bildirilib ki, tibbi xidmətlərin pulsuz olması fikri düzgün yanaşma deyil. Hazırda dövlət tibb müəssisələrində vətəndaşlara tibbi xidmətlərin göstərilməsi üçün də səhiyyə sisteminə dövlət büdcəsindən vəsait ayrılır.

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra isə dövlət tibb müəssisələrinin maliyyələşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. İcbari tibbi sığorta haqqı ödəyən vətəndaşa (sığortaolunan) göstərilən tibbi xidmətlərin müqabilində Agentlik tərəfindən tibb müəssisəsinə vəsait ödəniləcək.

Bütün bunlarla yanaşı, Agentlik tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət edəcək və əhali üçün tibbi xidmətlərə əlçatanlığı təmin edəcək:

"Məlumat üçün bildirək ki, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” qanuna əsasən əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlər zərfi iki hissədən - baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Poliklinikalarda göstərilən tibbi xidmətlər (ilkin tibbi müayinə və müalicə, hamilə qadınların və yenidoğulmuşların patronajı, ixtisas həkimlərinə və əlavə müayinələrə göndərişlərin verilməsi, immunoprofilaktika, təcili və təxirəsalınmaz hallarda ilkin tibbi yardım, əhalinin sanitar maarifləndirilməsi) baza hissə çərçivəsində vətəndaşlara dövlət büdcəsi hesabına göstəriləcək".

Agentlikdən qeyd edilib ki, baza hissədən Azərbaycan vətəndaşları, Azərbaycanda daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə biləcəklər.

Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtsaslaşdırılmış tibbi yardımdan (ambulator, stasionar şəraitdə aparılan müayinə və müalicələr, fizioterapiya, stasionarda dərman təminatı) istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir:

"Poliklinikalarda göstərilən ambulator tibbi xidmətlər əlavə hissəyə aiddir. Bu halda da həmin xidmətlərdən istifadə edən sığortaolunan vətəndaş tibb müəssisəsinə ödəniş etməyəcək. Yəni ki, vətəndaş icbari tibbi sığorta haqqını ödəməklə sözügedən tibbi xidmətlərdən yararlana biləcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR