Dostum Ərdoğan doğru qərar verdi - Trampdan ilk reaksiya
Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edilməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Ankaraya qarşı yeni sanksiyaların tətbiq edilməsinə ehtiyac yoxdur.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dost və xüsusiyyətləri olan yaxşı lider adlandırıb.
"Mən prezident Ərdoğanı təbrik etmək istəyərdim, o mənim dostumdur və şadam ki, bizim problemlərimiz yaranmadı", - Tramp əlavə edib.
"O düzgün hərəkət etdi və mən həqiqətən bunu qiymətləndirirəm", - Ağ Evin sahibi qeyd edib.
Tramp bildirib ki, o, Ərdoğanın noyabrda Vaşinqtona səfərini gözləyir.
Qeyd edək ki, az öncə ABŞ vitse-prezidenti Penslə Ərdoğan arasında Türkiyədə keçirilən görüş müsbət nəticələnib. Razılaşmaya görə, Türkiyə "Sülh çeşməsi" əməliyyatına 120 saatlıq fasilə verib, bu müddətdə isə təhlükəsizlik zonasından YPG-nin çıxarılması və ağır silahların bu terror təşkilaından geri alınmasını ABŞ öz üzərinə götürüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət