Slimfit
  1. PSİXOLOGİYA

Dostluq beynin qocalmasına necə təsir göstərir?

Dostluq beynin qocalmasına necə təsir göstərir?
Sakura

Dostluq beynin qocalmasına necə təsir göstərir?

Birbaşa əlaqəni ABŞ Şimal-Qərb Universitetinin mütəxəssisləri aşkar ediblər

Onların fikrincə, dostluq ünsiyyəti və cəmiyyətlə aktiv münasibət qocaqdıqda beynin qocalması templərini əhəmiyyətli dərəcədə azalda bilər.

Araşdırmada 80 yaşından yuxarı onlarla insan iştirak edib. Onlarla iş sınaqlardan başlayıb. Bütün iştirakçılara bir neçə obyekt göstərilib, onları yadda saxlamaq, sonra isə gördüyünü göstərmək və izah etmək xahiş olunub.

Nəticəsindən asılı olaraq insanları 2 qrupa ayırıblar. Birinciyə tapşırığın öhdəsindən tez gələn və yüksək bal toplayan insanlar aid edilib. Onları “görkkəmli idrak xüsusiyyətləri ilə olan insanlar qrupun” kimi seçiblər. İkinciyə isə daha zəif nəticələri və “beynin orta statistik göstəriciləri olan” insanlar daxil edildir.

Sonra könüllülərə sosial əlaqələr, ünsiyyət dairəsi, həyat məqsədləri, ətraf mühitə münasibət kimi suallar olan anketlər doldurmaq təklif edildi.

Tədqiqatçılar qanunauyğunluq aşkar etdilər: beynin itiliyi, tapşırıqların tez və effektiv həlli bacarığı ilə seçilənlər geniş ünsiyyət dairəsi və bu münasibətləri saxlamaq həvəsi olanlar oldu.

Araşdırmalar sübut etdi ki, dostluq və ünsiyyət yaşlı insanlarda idrak qabiliyyətinin daha az azalması ilə əlaqədardır.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR