Slimfit
  1. SİYASƏT

DOST-a yeni səlahiyyət verildi

DOST-a yeni səlahiyyət verildi
Sakura

DOST-a yeni səlahiyyət verildi

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə yeni səlahiyyət verilib.

Bu barədə Prezident İlham Əliyevin “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” imzaladığı fərmanda bənd yer alıb.

Sənədə əsasən, övladlığagötürmə sahəsində müəyyən edilən aşağıdakı vəzifələrin icrasını təmin etmək DOST Agentliyinə həvalə edilib.

Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək bundan sonra DOST Agentliyinin səlahiyyətlərinə daxil edilib.

DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı da dəyişib.

Övladlığagötürmə sahəsində xidmətlər, övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi, övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi sözügedən quruma həvalə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR