Dərc edildi: Baxış sayı: 799
Döşəkdəki iynə ürəyinə batdı, 1 ay xəbəri olmadı
Rusiyanın Vişnevskiy hospitalında maraqlı ürək əməliyyatı icra olunub. Belə ki, kişi pasiyentin ürəyində ilişib qalmış iynə çıxarılıb.
Medicina.az xəbər verir ki, iynə döşəkdə olub və kişi yatan zaman qabırğaarası nahiyədən ürək əzələsinə qədər girib.
Daha sonra iynə ürəkdə gəzərək sınıb və ürəyin ortasında, mədəcik çəpərində ilişib.
Yaşadığı ərazidə həkimlər iynəni çıxarmağa cəhd etsə də bu alınmayıb.
Ona görə o, mərkəzi hospitala köçürülüb, burda açıq ürək əməliyyatı aparılaraq, əvvəl süni olaraq ürəyin fəaliyyəti dayandırılıb, daha sonra yad cisim ürəkdən ehtiyatla çıxarılıb.
Hazırda xəstənin vəziyyəti yaxşılaşmağa doğru gedir.
Həkimlər təcrübələrində ürəkdə iynə və digər yad cisimlərin ilişib qalması ilə rastlaşdıqlarını bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət