Slimfit
  1. MARAQLI

Dörd min yaşı olan saray tapıldı

Dörd min yaşı olan saray tapıldı
Sakura

Dörd min yaşı olan saray tapıldı

Arxeoloqlar Tunc dövrünə aid xənaan (Kənan) sarayının məhv olmasının səbəbini müəyyən ediblər.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, alimlər xarabalıqların yerləşdiyi yerdə güclü zəlzələ olduğunu təyin ediblər.

Saray, qədim zamanlarda Qərbi Qalileyanın mərkəzi olan böyük Kənan şəhəri Tel -Kabri şəhərinin olduğu İsraildə yerləşir. Binanı tamamilə qazmaq mümkün olub. Tədqiqatlar onun təxminən 3700 yaşında olduğunu müəyyən edib.

Tarixçilər uzun müddət sarayın tərk edilmə səbəblərini müəyyən edə bilməyib. Divar qalıqlarında hücumları və müharibələri əks etdirən atəş izləri qalmayıb. Sakinləri ərazini tərk etməyə məcbur edə biləcək quraqlıq və ya başqa bir fəlakət əlaməti və ya epidemiyanı göstərən hər hansı bir qəbiristanlıq da yoxdur.

Son araşdırmalar zamanı alimlər sarayın məhvolma prosesinin sürətlə baş verdiyini, insanlar sarayı tərk etdikdən sonra divarların və tavanların çökdüyünü müəyyən ediblər.

Belə nəticələr zəlzələlər üçün xarakterikdir. Bu nəzəriyyəni sarayı 30 metr boyunca kəsən 1-3 metr enində bir xəndəyin olması da dəstəkləyir.

Alimlərin fikrincə, fəlakət nəticəsində saray o qədər dağılıb ki, onu bərpa etmək mümkün deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR