Slimfit
  1. MARAQLI

Doqquz il yerin altında yaşamış rus zabiti

Doqquz il yerin altında yaşamış rus zabiti
Sakura

Doqquz il yerin altında və ya daimi qaravul

1924-cü il. Polşa. Müdafiə qalalarından birində, əvvəllər güclü müdafiə bəndinin ayrı-ayrı hissələrinin yenidən qurulması işləri başlayıb. Birinci Dünya Müharibəsində bu qala Rusiya ordusu ilə Avstriya - Macarıstan qüvvələri arasında qarşıdurmada böyük rol oynamışdı. Dağılmış zirzəmilərin təmizlənməsinə Polşa ordusunun əsgərləri ezam edilmişdilər. İş çətin idi, amma tezliklə zirzəmilərin bir hissəsi təmizləndi. Yolları məşəllə işıqlandıran əsgərlər qaranlıq tuneldən keçərkən birdən möhkəm qışqırıq eşidildi və gedənlərə dayanın əmri verdi.

Əmr rus dilində idi. Tunelin səs gələn tərəfini işıqlandırdıqda polşalı əsgərlər donub qaldılar. Qarşılarında üz-gözünü tük basmış kişi dayanmışdı, əlində isə süngülü tüfəng var idi. Polyaklar, diqqət etdikdə gördülər ki, qarşılarında Rusiya imperator ordusu formasında adam dayanıb.

Bir az keçmiş məlum oldu ki, qalada partlayış nəticəsində zirzəmilər dağılmış və o, çıxılmaz halda həmin yerdə qalıb. 

1960-cı ildə SSRİ-də "Oqonyok" jurnalında "daimi növbətçi" haqqında məqalə dərc edilib. Bu, həmin məqalədən götürülmüş hissə idi.

Ancaq orada yazılanlar əsl həqiqəti əks etdirmir.

Belə ki, Polşa tarixçiləri bu hekayəni fərqli şəkildə çatdırırlar.

1915- ci il. Peremışlın mühasirəsi. Rus ordusunun hücumu ərəfəsində iki rus zabiti kəşfiyyata gedir. Onlar avstriyalılar tərəfindən əsir götürülürlər, uzun dindirmələrdən sonra 13 nömrəli istehkam zirzəmisinə kilidlənirlər. Yəqin ki, onlara komandanlığın planları məlum idi və düşmənə verməklə sağ qala bilərdilər. Ancaq andlarına sadiq qalaraq, öləcəklərini açıq şəkildə anlayaraq zirzəmidə qalmağı üstün tutdular.

Rus ordusunun hücumu zamanı qalaya güclü artilleriya mərmisi düşür.

Rus kəşfiyyatçılarının yerləşdiyi qala divarları zərbədən çökür. Qala yerlə bir olur və zabitlər xarabalıqda hörülü halda qalırlar. Tezliklə qala təslim olur, kəşfiyyatçılar isə heç kəsin yadına düşmür, bəlkə də onları ölmüş hesab edirlər.

Uzun illər sonra zabitlərin qalıqları polşalı fəhlələr tərəfindən tapıldı və zabitlərdən birinin gündəliyi oradan çıxdı. Polşalı tarixçi Jan Rozanskinin "Peremışl sirri" kitabında həmin gündəlikdən çıxarışlar verilib. 

Bu hissələri oxuyaraq əsir düşmüş rus zabitlərinin həyat uğrunda necə mübarizə apardıqlarını izləmək mümkündür. Gündəliyin müəllifini müəyyən etmək mümkün olmadığından, bu cəsur rus döyüşçüsünün kimliyi sirr olaraq qalıb. Ancaq zabit, dostu, qərargah kapitanı Novikovun necə dəli olduğunu və sonra özünə necə qəsd etdiyini təsvir edir.

Tək qalmış, diri-diri basdırıldığını və bu qəbirdən çıxış yolunun olmadığını aydın şəkildə anlayan zabitin nələr hiss etdiyini təsəvvür etmək mümkün deyil.

Gündəlikdəki yazılara görə, o, sona qədər mübarizə aparıb. Qala anbarçısının qeyd dəftərini axtarıb, orada gecələr ata evini, anasını necə yuxuda gördüyünü , bütün hisslərini təsvir edir. Ancaq gündəliyin hər növbəti səhifəsi daha qısa və qeydlər daha anlaşılmaz olmağa başlayır. Zabitin gücü getdikcə tükənir və əsirlikdən azad edildiyi gün yetişir. Rus zabitlərinin məzarları qalmayıb.

Etibarlı tarixi faktlar yoxdur. Bəlkə də bu yalnız bir əfsanədir, amma hər əfsanədə həqiqət var.

 

Mənbə: Женские секретики

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR