Slimfit
Donuz qripi
Sakura

Donuz qripi - H1N1 virusu

Donuz qripi (SIV) – Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi və insan qripi.

Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

"Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir.

"Donuz qripi" donuzlarda bütün il boyu özünü biruzə verə bilər.

Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Amma quş qripindən fərqi odur ki, bu qripə yoluxanlarda ürəkbulanma və diareya halları sıx-sıx müşahidə olunmur.

"Donuz qripi"nə qarşı hələlik heç bir peyvənd yoxdur. İndi Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Amma qriplə bağlı önəmli bir xəbər də ondan ibarətdir ki, quş qripinə qarşı təsirli olan Tamiflu və Relenza kimi dərmanlar donuz qripinə yoluxanlara da müsbət təsir edir. Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür.

Əlamətləri

A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı yolu ilə keçir və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü göstərir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma və diareyadır. A/H1N1 virusu ilə yoluxmuş şəxslər əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir. Uşaqlar, xüsusən də azyaşlı uşaqlar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilər. A/H1N1 virus tipi ilə xəstələndiyi təsdiq olunmuş şəxslər xəstəxanaya yerləşdirilmədiyi hallarda və ya xəstələnmə şübhəsi olan şəxslər ev şəraitində, ən azı xəstəliyin başlandığı ilk 7 gün ərzində təcrid edilməlidir.

Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə təcili evə həkim çağırmaq, çoxlu miqdarda maye qəbul etmək, maska və ya pambıq tənzifli maska taxmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Ailədə xəstə şəxslə təmas zamanı gigiyena qaydalarına əməl edilməlidir. Profilaktiki tədbirlər kimi kəskin respirator xəstəlikləri (hərarət, öskürək, zökəm) və qripin digər əlamətləri olan şəxslərlə yaxın əlaqədən mütləq qorunmaq lazımdır. Mütləq evdə qalmaq, işə və ya təhsil müəssisəsinə getməkdən, kütlə ilə təmasdan çəkinmək, insanlarla təmasa girməmək üçün ailə üzvlərinə və yaxınlara xəstəliklə bağlı məlumat vermək lazımdır.

A/H1N1 virusundan necə qorunmaq lazımdır?

- Yüksək hərarəti, öskürəyi, hərarəti olan şəxslərlə təmasdan çəkinmək.
- Əlləri tez-tez sabunla yumaq.
- Sabun və su olmadıqda əlləri spirtli tampunla silmək.
- Asqırdıqda və ya öskürdükdə ağızı salfet və ya dəsmalla örtmək.
- Gözlərə, buruna, ağıza toxunmamağa çalışmaq.
- Sağlam həyat tərzi keçirmək, o cümlədən normal yuxuya riayət etmək.
- Vitaminlərlə zəngin qida qəbul etmək, fiziki aktivliyi artırmaq.
- Xəstələnərkən evdə qalmaq və tibbi xidmətə müraciət etmək.

Ev şəraitində xəstəyə qulluq qaydaları:

- Xəstəni ayrıca otaqda izolə etmək.
- Xəstəyə qulluq zamanı birdəfəlik maska və ya respiratordan istifadə etmək, dörd saatdan bir onları dəyişmək.
- Xəstə ilə hər kontaktdan sonra əlləri sabunla yumaq.
- Xəstə olan otağın havasını vaxtaşırı dəyişmək.
- Otağı təmiz saxlamaq və ətrafı nəm üsulla yığışdırmaq.

"Donuz qripi"nin gizli "dost"u

ABŞ Xəstəliyə Nəzarət və Mübarizə Mərkəzi bu vaxta qədər AH1N1 virusundan ("Donuz qripi") ölənlər üzərində aparılan araşdırma sensasion bir gerçəkliyi ortaya qoyub.

Araşdırma zamanı məlum olub ki, 77 nəfərdən 29-un ölümünə tək AH1N1 virusu deyil, digər bir virus da səbəb olub. Bu, "Streptococcus pneumoniae" virusudur. "Streptococcus pneumoniae" virusu "Donuz qripi"nə insanı öldürməkdə bir növ yardımçı olur.

"Donuz qripi"ndən fərqli olaraq, bu virusu rentgen müayinələri zamanı aşkarlamaq mümkün olmur. ABŞ Xəstəliyə Nəzarət və Mübarizə Mərkəzi bu virusa qarşı peyvəndin olduğunu və onunla mübarizənin çətin olmayacağını da bildirib.

A/H1N1 virusunun elektron mikroskopunda görünüşü

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR