Slimfit
  1. CƏMİYYƏT

Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi niyə iki illik bağlanacaq?

Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi niyə iki illik bağlanacaq?
Sakura

Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi niyə iki illik bağlanacaq?

Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələrlə iş departamentinin direktoru Hacı Əliyev dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə həyata keçiriləcək yeni layihə ilə bağlı mətbuat konfransında həmin obyektlərdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlamasının nəzərdə tutan layihə həyata keçirləcəyini açıqlayıb.

Ens.az xəbər verirki,bəs layihənin məqsədi və mahiyyəti nədir?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov “Report”a bildirib ki, Dövlət Məşğulluq Agentliyi bu layihə ilə dönərxanaları sağlamlaşdırılmaq və orada əmək münasibətlərini tənzimləmək istəyir:

“Bizdə dönərxanalarda sanitar-gigiyenik vəziyyət də standartlara uyğun deyil. İndiki halda şəxsən mənim dönərxanalara etibarım yoxdur, çünki nəzarət yaxşı deyil. Layihə reallaşarsa, həm dönərxanaların vəziyyəti düzələcək, həm də orda çalışan insanlar əmək müqaviləsi ilə işləyəcək. Belə demək mümkünsə, bir layihə ilə iki işi birdən görəcəklər. İdeyanı bəyənirəm, ümid edirəm Dövlət Məşğulluq Agentliyi bunu yaxşı həyata keçirəcək”.

Qeyd edək ki, layihənin icra müddəti 2020-2021-ci illəri əhatə edəcək. Layihə üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövrü yoxlamaların aparılması kimi tədbirlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcək.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR