Dərc edildi: Baxış sayı: 541
Dönərdən zəhərlənmə ölümə səbəb ola bilər
Uzun müddət bişən dönər kanserogen (xərçəng yaradan) risk daşıyır.
Bu barədə “Demirören Haber Ajansı” (DHA) Türkiyənin “Gida Mühendisləri Odası”nın açıqlamasına istinadla xəbər yayır.
Xüsusilə toyuq dönərində uzun zaman bişdikdən sonra salmonella bakteriyası yaranır ki, bu da insanın ölümünə səbəb ola bilər.
“Şişə taxılan dönər 24 saat ərzində istehlak edilməlidir. Ən qorxulusu satılmamış dönər ətinə yeni ətin əlavə olunmasıdır. Bu, zəhərlənməyə gətirib çıxarır. Dönərin tez hazır olması üçün qısa müddətdə bişməsi də zəhərlənmə yaradır”, - deyə bildirilir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət