Slimfit
  1. AZƏRBAYCANLI

Donald Trampla eyni gündə anadan olan Azərbaycan bəstəkarı

Donald Trampla eyni gündə anadan olan Azərbaycan bəstəkarı
Sakura

Donald Trampla eyni gündə anadan olan Azərbaycan bəstəkarı

Hər millətin danışdığı öz ana dili vardır, hər dilin də əlifbası. Hər hansı bir dildə ifadə olunan fikir və yazılan mətn başqalarına da çatsın deyə hökmən tərcümə olunur. Amma hər kəsin anladığı, tərcüməyə ehtiyacı olmayan iki dil də vardır- rəsm və musiqi dilləri. Rəsm yeddi rənglə özünü ifadə edirsə, musiqi isə yeddi notla danışır. Bəli, hansı dildə düşünməsindən asılı olmayaraq hər kəs rəsm və musiqini anlaya bilir...

Bu gün sizə bəstələdiyi musiqi əsərləri ilə insanlarla danışan bir bəstəkardan söhbət açmaq istəyirəm. Onunla cəmi bir dəfə görüşsəm də, onu çoxdan, lap çoxdan tanıyıram. Yaratdığı musiqi nümunələrini sevə-sevə dinləməyə başlayandan...

Deyir ki,- “Mən heç vaxt geriyə baxıb keçmişdə olanları xatırlamıram. Bu günlə yaşayıb, gələcək barəsində düşünürəm”...

Nikbin insandır. Çox danışmağı xoşlamır, yüksək mədəniyyəti, kübarlığı ilə seçilir. İnanclılar nahaq yerə seyyidlərə “ağa” demirlər ki. O da peyğəmbər nəslindəndir. Xarizmatik olsa da, həm də həlim adamdır. Yaşı yetmiş ikiyə çatıb, amma gənclik həvəsi ilə yaşayıb yaradır. Dostluqda sədaqətli, ünsiyyətdə mehribandır...

Haqqında danışdığım adam Mirfaiq(Faiq) Miri oğlu Sücəddinovdur. 1947-ci ildə dünyaya gəlib. Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsində oxuyub. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarliq fakultəsini bitirib.
2006-cı ildə ona “Azərbaycan Respublikasının Xalq Artisti” fəxri adı, 2007-ci ildə isə "Şöhrət" ordeni təltif edilib. 2015-ci ildən Prezidentinin fərdi təqaüdünü alır…

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla eyni gündə anadan olublar. Amma Tramp ondan bir yaş böyükdür. Bu gün Trampın hakimiyyəti olsa da müvəqqətidir. Fəqət xalq arasında Faiq Sücəddinov kimi tanınan Mirfaiq Miri oğlunun isə yaratdığı əsərlər əbədi yaşayacaq…

İyunun 14-də bu gözəl sənətkarın doğum günüdür. Onu bu münasibətlə məşhur bəstəkar Lui Moro Qotşalkın vətəni uzaq Amerika qitəsindən təbrik edir, ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
72 yaşınız mübarək!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR