Donald Tramp Ukraynanın yeni prezidentini Vaşinqtona səfərə dəvət edib
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Tramp tərəfindən Vaşinqtona rəsmi səfərə dəvət edilib.
AZƏRTAC Ukraynanın “Zerkalo nedeli” nəşrinə istinadla xəbər verir ki, Vladimir Zelenski dəvəti mayın 31-də alıb. Səfər isə Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşdən sonra baş tuta bilər.
“Görüş zamanı Donbasda münaqişənin nizamlanması, həmçinin real biznes-layihələr barədə müzakirələr aparılacaq”, - nəşr öz mənbələrinə istinadla belə yazır.
Bir qədər əvvəl Donald Trampın Rusiyalı həmkarı ilə “Böyük iyirmilik” ölkələrinin iyun ayında Yaponiyada keçiriləcək sammitində görüşmək niyyətində olduğu barədə məlumat yayılıb.
ABŞ-ın Ukrayna məsələləri üzrə nümayəndəsi Kurt Volker Vladimir Zelenski ilə danışıqların Ağ evin gündəliyində olduğunu, lakin onun hansı formatda keçiriləcəyinin məlum olmadığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət