Dərc edildi: Baxış sayı: 400
Donald Tramp 'Twitter'də müəmmalı paylaşım edib
ABŞ prezidenti Donald Tramp özünün "Twitter"dəki səhifəsində qeyri-müəyyən paylaşım edib.
"Report" xəbər verir ki, Ağ Ev rəhbəri əhəmiyyətli hadisənin baş verdiyini bildirib.
"İndicə tale əhəmiyyətli bir şey baş verib", - deyə Tramp yazıb. Lakin ABŞ prezidenti bununla bağlı açıqlama verməyib.
Bu səbəbdən də sosial şəbəkə istifadəçiləri paylaşımla bağlı suallar veriblər. Bəziləri "Hillari (Hillari Klinton-red) həbs edilib?", - deyə soruşublar. Bir sıra sosial şəbəkə istifadəçiləri isə güman ediblər ki, Ağ Ev rəhbəri vəzifəsindən istefa verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət