Slimfit
  1. AZƏRBAYCAN

Donald Tramp: "Qarabağ probleminin sülh yolu ilə həlli beynəlxalq təhlükəsizliyi gücləndirəcək"

Donald Tramp: "Qarabağ probleminin sülh yolu ilə həlli beynəlxalq təhlükəsizliyi gücləndirəcək"
Sakura

Donald Tramp: "Qarabağ probleminin sülh yolu ilə həlli beynəlxalq təhlükəsizliyi gücləndirəcək"

 ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın Baş naziri təyin olunması ilə əlaqədar təbrik məktubu göndərib.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, o, məktubunda N.Paşinyanı Baş nazir təyin edilməsi və siyasi blokunun 2018-ci il dekabr ayında keçirilmiş parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

"Birlikdə biz ticarət və iqtisadi əlaqələri dərinləşdirmək üçün səylərimizi inkişaf etdirə bilərik", - D.Tramp yazıb.

ABŞ lideri qeyd edib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli bu səylərə öz töhfəsini verəcək.

Xatırladaq ki, yanvarın 14-də Nikol Paşinyan ölkə Prezidenti Armen Sarkisyan tərəfindən Baş nazir təyin olunub. Ötən il dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, Paşinyanın bloku 132mandatdan 88-ni qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR