Slimfit
  1. DÜNYA

Donald Tramp ipoteka krediti götürüb

Donald Tramp ipoteka krediti götürüb
Sakura

Donald Tramp ipoteka krediti götürüb

ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə 5 milyon dollardan çox həcmdə ipoteka krediti götürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Prezidentin maliyyə işləri barədə hökumət əxlaqı Ofisinin hesabatında göstərilir.

İllik hesabatda bankdan 5 milyondan 25 milyon dollara qədər ipoteka krediti alındığı göstərilir. 

"Palm Beach Daily News" qəzetinin məlumatına görə, Trampın oğulları Prezidentin bacısından Floridada 18,5 milyon dollara 9 otaqlı ev alıb. 

"Reuters" agentliyinin yazdığına əsasən, bu evin alınması üçün ipoteka kreditinin həcmi 11,2 milyon dollar təşkil edib. Lakin bu kreditin dəqiq hansı hissəsinin Donald Trampa aid olduğunu demək mümkün deyil, çünki ABŞ Prezidenti bu məlumatların əks olunduğu vergi bəyannaməsini dərc etmir. Hesabatda Trampın adına ümumilikdə 14 kredit olduğu qeyd olunub və onlardan üçü 50 milyon dollardan çox məbləğdədir.

Ümumiyyətlə, ABŞ-da hətta çox zəngin insanlar da ipoteka krediti götürürlər. Bu, ipoteka krediti üzrə faizlərin nağd vəsaitlərlə investisiyasının potensial gəlirlərindən adətən az olması ilə əlaqədardır. Məsələn, Floridadakı ev üçün kredit Trampa illik 4,5% ilə verilib, biznes və ya səhmlərə qoyulan pul isə əhəmiyyətli dərəcədə yüksək gəlir qazandıra bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR