Slimfit
  1. DÜNYA

Donald Tramp ABŞ hökumətini məhkəməyə verəcək

Donald Tramp ABŞ hökumətini məhkəməyə verəcək
Sakura

Donald Tramp ABŞ hökumətini məhkəməyə verəcək

ABŞ–ın sabiq Prezidenti Donald Tramp Mar-a-Laqo basqını ilə əlaqədar Ədliyyə Departamentini məhkəməyə verməyi planlaşdırır.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, o, 2022-ci ildə onun Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahına təşkil olunmuş reydə görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək. Onun vəkilləri bu addımın açıq siyasi izləmə olduğunu iddia edirlər.

Xatırladaq ki, 2022-ci il avqustun 8-də Federal Tədqiqatlar Bürosu Mar-a-Laqoya basqın təşkil edərək iqamətgahdan sənədləri götürüb. Basqından sonra Donald Tramp 37 ağır cinayətdə, o cümlədən milli müdafiə məlumatlarını qəsdən saxlamaqda, ədalətə mane olmaqda və yalan ifadələr verməkdə ittiham edilib. Lakin Tramp heç bir ittiham üzrə özünü təqsirli bilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR