Slimfit
  1. CƏMİYYƏT

Dolmalarla bağlı kitab təqdim edildi

Dolmalarla bağlı kitab təqdim edildi
Sakura

Dolmalarla bağlı kitab təqdim edildi

Dünya Qurman Mükafatı Sərgisində ən yaxşı kulinariya kitabı adına layiq görülmüş “Azərbaycan mətbəxində dolmalar: 381 çeşid” kitabı ictimaiyyətə təqdim edilib.

Kult.az xəbər verir ki, təqdimat mərasimi Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) təşkilatçılığı ilə “Hilton Bakı”otelində baş tutub. Tədbirdə açılış nitqi ilə çıxış edən RHİM İB sədri Arzu Bağırova xalqımızın əsrlər boyu yaratdığı və çağdaş dövrümüzə gəlib çatmış süfrə mədəniyyətimizin olduqca zəngin olduğunu vurğulayıb:

“Kitabın beynəlxalq arenadakı yaxşı mənada əks səda doğurması, uğur qazanması hamımızın uğurudur. Bu kitablardan xaricdə yaşayan diaspor təşkilatlarına, müvafiq qurumlara, kitabxanalara hədiyyə edəcəyik”.

Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Prezident İlham Əliyevin 2011-ci ildə AMEA-dakı proqram xarakterli çıxışında milli mətbəximizin ermənilər tərəfindən oğurlanması, müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışmasına toxunduğunu xatırladıb:

“Prezidentin dolmanın adını çəkməsi və “biz öz milli, mədəni irsimizi qorumalıyıq” deməsi ilə bizə bununla fəaliyyət istiqamətimizi göstərdi və biz bunu Prezidentimizin əmri kimi qəbul etdik. Görülən işlər sayəsində dolma reseptlərinin toplanması, patentləşdirilməsi, dövlət poçt markalarında əks etdirilməsi başlandı, dolma festivalları keçirildi.

Müxtəlif regionlarımızdan zəngin dolma reseptləri topladıq ki, onlar da bu kitabda əksini tapdı. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi və nüfuzu sayəsində görülən işlərin nəticəsi kimi milli yeməyimiz olan dolma UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Kitabda əks olunmuş 381 dolma nüsxələri ölkəmizin bütün kənd və rayonlarından toplanıb, 10 dolma resepti patentləşdirilib”.

Milli Məclisin V çağırış üzrə deputatı, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva Azərbaycan mətbəx mədəniyyətinin tanıdılması, müxtəlif beynəlxalq tədbir və festivallarda ölkəmizi yüksək səviyyədə təmsil etməsində Milli Kulinariya Mərkəzinin böyük zəhməti olduğunu söyləyib:

“Tahir Əmiraslanov milli süfrə mədəniyyətimizin tanıdılması və təbliği işində fədakarlıqla çalışan ziyalılarımızdandır. Nəşr edilmiş bu kitab milli mətbəx mədəniyyətimizi tanıtmaq baxımından olduqca önəmlidir. Bu gün mədəniyyətimizin bir hissəsi olan mətbəxin öyrənilməsi və dünyada təbliği, bu sahədə bu cür önəmli kitabların yazılıb nəşr edilməsi çox əhəmiyyətli və vacibdir”.

Daha sonar çıxış edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Nigar Həsənzadə, Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev, Türkiyədən qonaq gəlmiş sənətçi İsmayıl Haqqı, Seyfulla Türksoy və digər qonaqlar milli kulinariyamızın daha geniş təbliği və tanıdılmasında bu cür nəşrlərin əhəmiyyətindən danışıblar.

Sonda kitabın hazırlanmasında əməyi keçən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi adından plaketlər təqdim edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR