Slimfit
  1. DÜNYA

Dollarla bağlı şok proqnoz: yaxın gələcəkdə...

Dollarla bağlı şok proqnoz: yaxın gələcəkdə...
Sakura

Dollarla bağlı şok proqnoz: yaxın gələcəkdə...

Rusiya, Türkiyə və İran ABŞ dollarına “əlvida” deyir.

Publika.az xəbər verir ki, bu barədə Avstriyanın “Contra Magazin” dərgisində məqalə yayımlanıb.

ABŞ dollarının qlobal bazarda hegemoniyasına son vermək üçün dünya miqyasında keçirilən kampaniyanın gedərək gücləndiyi qeyd edilən məqalədə adı çəkilən ölkələrin bu məsələdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə etdiyi bildirilib.

Bu çərçivədə yeni dövrdə beynəlxalq ticarətdə yerli valyutaların və avronun istifadə olunduğunu vurğulayan dərgi, xüsusilə, Rusiya, Türkiyə və İranın ABŞ dollarına “əlvida” dediyini qeyd edib.

“Contra Magazin”ə danışan İran Məkrəzi Bankının sədri Əbdülnasir Həmmati Rusiya və İranın bütün ticarət işlərini yerli valyutalarla gördüyünü, İran-Türkiyə ticarətinin 30-50%-nin avro ya da yerli valyuta ilə gerçəkləşdirildiyini deyib. Bundan sonra dolların bazardakı payı azalıb və ABŞ ticarəti nəzarətdə saxlamaq imkanlarından məhrum olub.

Dərgi həmçinin, Rusiya kimi böyük neft istehsaçıları ilə yanaşı, Çin və Avropa İttifaqı kimi istehlakçıların da ABŞ-ın nüfuzunu azaltmaq üçün qlobal ticarəti çeşidləndirmə tərəfdarı olduğunu qeyd edib.

“Rusiya nefti avro və yuan ilə satır. Venesuella və İran neftin böyük qismini dollar istifadə etmədən satır. Dolların zəifləməsi, onu qlobal ehtiyat valyuta statusundan məhrum edəcək”, - deyən dərgi bunun nəticəsində ABŞ-ın digər ölkələrə nüfuz etmə imkanının da azalacağını açıqlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR