Slimfit
  1. İQTİSADİYYAT

“DOLLARIN ÇÖKÜŞÜ GƏLİR” - ABŞ-ın tanınmış eksperti səbəbləri açıqladı

“DOLLARIN ÇÖKÜŞÜ GƏLİR” - ABŞ-ın tanınmış eksperti səbəbləri açıqladı
Sakura

“DOLLARIN ÇÖKÜŞÜ GƏLİR” - ABŞ-ın tanınmış eksperti səbəbləri açıqladı

Gələn il Amerika Birləşmiş Ştatlarının (ABŞ) valyutası 35 faiz dəyərdən düşə bilər. “Jackson Institute of Global Affairs” İnstitutunun böyük elmi işçisi Stiven Rouçun bəyan etdiyi kimi, dolların “ölçüyəgəlməz üstünlükləri” dövrü başa çatmaqdadır.

Mütəxəssisin “Dolların çöküşü gəlir” başlıqlı məqaləsində ifadə olunmuş fikrincə, ölkəni büdcə defisiti və istehlakçı yığımlarının azalması gözləyir.

Ekspert hesab edir ki, bu məsələdə hər şeydən əvvəl ABŞ prezidentinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə mübahisəsi və Almaniyada hərbi kontingentin azaldılması barədə qərarı həlledici rol oynayacaq.

Materialda qeyd olunur ki, 2020-ci ilin birinci rübündə təmiz milli yığım (ev təsərüffatlarında və dövlət sektorundakı yığım) milli gəlirin 1,4 faizi qədər enib. Bu da 2011-ci ildən bu yana ən aşağı göstəricidir.

Rouç xəbərdarlıq edir ki, dollar üçün ən əsas təhlükələrdən biri Donald Trampın prezidentliyi dövründə ABŞ-ın qlobal liderliyinin zəifləməsidir.

“Çinlə dağıdıcı mübarizəyə baş vurması az imiş kimi, o, həm də qlobal təşkilat və alyansların nüfuzunu zədələməyə çalışıb. Onlar isə onilliklər boyu ABŞ-ı, onun dünyadakı proseslərə təsirini dəstəkləyiblər” – deyə, materialda göstərilir.

Ekspertin sözlərinə görə, Tramp həm də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qarşı qlobal mübarizəyə qoşulub : "Tramp mübahisələri həll etmək və ticarəti genişləndirmək məsələsində təşkilatın qabiliyyətini zəiflədir".

“Amerikanın hələ ki, bu xidmətlərə ehtiyacı var. Görünür ki, Trampın belə düşmən münasibəti millətçilikdən şərtlənir, amma bu hücumlar uzunmüddətli perspektivdə milləti yalnız zəiflədir” - deyə, «Bloomberq»-in redaksiyası yazır.

Qeyd etmək lazımdır ki, Stiven Rouç Yel universitetinin müəllimi və “Morgan Stanley Asia”-nın sabiq sədridir. O, «Balanssızlıq: Amerika və Çinin qarşılıqlı asılılığı» kitabının müəllifidir.

Mənbə: Azpolitika.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR